Ümumdünya Metrologiya Günü qeyd olunub - VİDEO

Bu gün Ümumdünya Metrologiya Günü münasibətilə Bakıda tədbir keçirilib. SİA xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Metrologiya İnstitutunun baş direktoru Saleh Səmədov ölkəmizdə metrologiya sahəsində aparılan islahatlar və tətbiq edilən yenilklərdən söz açıb.

Qeyd edib ki, hər ölkənin iqtisadiyyatında, həmçinin hər bir insanın gündəlik həyatında metrologiyanın mühüm rolu var: “Azərbaycanda metrologiya sahəsinin inkişafı dövlətin daim diqqət mərkəzindədir. Belə ki, bu sahədə beynəlxalq qanunvericiliyə uyğun olaraq 2000-ci ildə qanun qəbul edilib, Azərbaycan Metrologiya İnstitutu və digər hüquqi təsisatlar yaradılıb”.

Tədbirdə, həmçinin Azərbaycan Metrologiya İnstitutunun fəaliyyəti və həyata keçirdiyi layihələr barədə məlumat verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə