20 min kiloqrama qədər vaxtı keçmiş qida məhsulu məhv edilib FOTO

“Sun Food” MMC tərəfindən istifadəyə yararlılıq müddəti keçmiş 19 508 kq qida məhsulunun məhv edilməsi üçün Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) müraciət olunub.

AQTA-dan SİA-ya verilən məlumata görə, yararlılıq müddəti bitmiş ümumi çəkisi 19 508 kq olan 20-yə yaxın müxtəlif növə aid qida məhsulu Sumqayıt Məişət Tullantıları Poliqonunda məhv edilib.

Qeyd edək ki, qanunvericiliyə əsasən saxlama müddəti ötmüş qida məhsulları insan istehlakı üçün istifadəyə yararsız qida məhsulları hesab olunur, onların satışı və istifadəsi yolverilməzdir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...