Xəzər rayonunda Xocalı soyqırımı anıldı

20 fevral 2019-cu il tarixdə YAP Xəzər rayon təşkilatının və Xəzər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə YAP Xəzər Rayon təşkilatının sədri Namiq Əhmədov, Millət vəkili Rauf Əliyev, YAP Xəzər rayon təşkilatının İdarə Heyyətinin üzvü Gülağa İslamov, Xəzər rayon Ağsaqqalar şurasının sədri Rövşən Salahov, Rayon Vətən Müharibəsi, Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Səfa Əliyev, Xocalı faciəsində ailə üzvüləri şəhid olmuş Nanə Mehdiyeva və rayon ictimayyətinin nümayəndələri iştirak ediblər.

Tədbirin əvvəlində Xocalı soyqırımında və torpaqlarımızın azadlığı və suverenliyi uğurunda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Xocalı soyqırımı barədə film nümayiş etdirilib.

Tədbirdə YAP Xəzər Rayon təşkilatının sədri Namiq Əhmədov, Millət vəkili Rauf Əliyev, Rayon Vətən Müharibəsi, Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Səfa Əliyev, Xocalı faciəsində ailə üzvüləri şəhid olmuş Nanə Mehdiyeva çıxış ediblər. Çıxış edənlər erməni silahlı qüvvələri tərəfindən 1992-ci ilin 25-dən 26-na keçən gecə dinc Xocalı sakinlərinə qarşı həyata keçirilmiş soyqırım haqqında məlumat verərək bildiriblər ki, soyqırım nəticəsində 63-ü üşaq, 106-ı qadın, 70 qoca olmaqla 613 dinc sakin qətlə yetirilib, 8 ailə təmamilə məhv edilib, 25 uşaq hər iki valideynlərini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-ı uşaq olmaqla 487 nəfər yaralanıb, 1275 nəfər əsir götürülüb.

Millət vəkili Rauf Əliyev bildirib ki, Xocalı soyqırımının beynəlxalq aləmdə tanınması hazırda Azərbaycan dövlətinin xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Hazırda üç ölkə və bir beynəlxalq təşkilat bu faciəni tam şəkildə qətilyam kimi, 10 ölkə rəsmi parlament səviyyəsində tanımış, Amerika Birləşmiş Ştatlarında 22 ştat Xocalı soyqırımının rəsmi tanınması ilə bağlı sənəd qəbul etmişdir.

Daha sonra R.Əliyev Xocalı soyqırımının beynəlxalq miqyasda tanıdılmasında Heydər Əliyev Fondunun vise-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən başlayaraq beynəlxalq miqyasda aparılan “Xocalıya ədalət” kampaniyasının böyük əhəmiyyət daşıdığını qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə