DİN-dən yeni təyinatlar: rəislərin yeri dəyişildi

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov yeni təyinatlarla bağlı əmr verib. SİA-nın verdiyi xəbərə görə, Səbail rayon Polis İdarəsinin rəisi, polkovnik Şəmşir Kazımov yanvarın 15-də vəzifəsindən azad olunub və İsmayıllı Rayon Polis Şöbəsinin rəisi təyin edilib. Hazırda onun vəzifəsini İdarənin əməliyyat işləri üzrə rəis müavini icra edir.

Bir neçə gün öncə İsmayıllı RPŞ-nin rəisi Telman Ağasiyev vəzifəsindən çıxarılaraq nazirliyin Baş Cinayət Axtarışı İdarəsinə təyinat alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə