"Gələcək nəsillər sağlam mühitdə yaşamalıdırlar"

“İqlim dəyişikliyi haqqında danışarkən, biz öz ölkəmizdə bununla bağlı müvafiq işlər görməli olduğumuzu unutmamalıyıq. Bu məsələ müxtəlif sahələri, çağırışları həatə edir. Biz gələcək nəsilləimizə hansı nəticələri qoyub gedəcəyimizi düşünməliyik. Biz öz məsuliyyətimizə düşən işləri görməsək, bu sahədə addım atmasaq, o zaman gələcək nəsillərə düzgün təbiət qoyub gedə bilmərik”. SİA-nın xəbərinə görə, bunu “Parlamentlərarası İttifaqın (PAİ) Gənc Parlament üzvlərinin 5-ci Qlobal konfransı çərçivəsində “Danışıq vaxtı bitdi: gələcək nəsillər üçün iqlim ədaləti” mövzusunda keçirilən sessiyasında çıxış edən boliviyalı millət vəkili, PAİ-nin Gənc Parlament üzvləri İdarə heyətinin üzvü Rut İtamari Betsaida Çok deyib.

O bildirib ki, bəşəriyyət bütövlükdə iqlim dəyişikliklərdən irəli gələn məsələlərin həllində iştirak etməlidir: “Qlobal istiləşmə ilə bağlı tədbirlər həyata keçirilsə də, bu sahədə təlimatlar hazırlamalıyıq. Burada Paris sazşinə diqqəti çəkməli, iqlim dəyişikliklərlə bağlı mübarizəyə dair bu sənədlərə nəzərə almalıyıq. Biz işimizi müxtəlif ölkələrdə, eləcə də öz ölkələrimizdə görməliyik. Müxtəlif ölkə və hökumətlərin qarşısında bu istiqamətdə öhdəliklər var. Qurumları bu işlərin görülməsinə cəlb etməli, dinamikanı artırmalıyıq. Yeni ideyalardan istifadə etməklə işimizi daha da genişləndirə bilərik. Gələcəkdə bu istiqamətdə səhvə yol verməməliyik. Gələcək nəsillər sağlam mühitdə yaşamalıdırlar. Çünki, gələcəkdə insanlar ana təbiətin təklif etdiyi imkanlardan yararlanmalıdırlar. PAİ bu istiqamətdə işini davam etdirəcək”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə