“Caspian Ecology” IX Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi başa çatıb

Noyabrın 16-da “Təbiəti dəyişmə, özünü dəyiş!” devizi altında üç gün davam edən “Caspian Ecology” IX Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi başa çatıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, sərgidə müxtəlif ölkələrdən olan şirkətlərin ətraf mühitin qorunmasına, sağlamlaşdırılmasına yönələn ekoloji dost texnologiyaları, həmçinin ekologiya sahəsində həyata keçirilən fəaliyyətləri əks etdirən stendlər nümayiş olunub. Bununla yanaşı böyüklərin və uşaqların maraqlarına səbəb olan maarifləndirici müsabiqələr keçirilib, qaliblər mükafatlandırılıblar.

Nazirlik sərgidə iştirak edən hər kəsə öz təşəkkürünü bildirir.

Bütün xəbərlər Facebook səhifəmizdə