Badamdar sürüşmə sahəsində kiçik uçqunlar baş verib

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan qərargah üzvlərinin Badamdar sürüşmə zonasında apardıqları monitorinqin saat 18:00-a olan nəticəsi açıqlanıb.

Nazirliyin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, sürüşmə sahəsində əsasən gərginlik qalmaqdadır. Ərazi üzərində kiçik uçqunlar qeydə alınıb. Sürüşmə sahəsinin sağ və sol hissəsində olan çatlarda nisbi aktivlik müşahidə olunub. Sürüşmənin yuxarı hissəsində yerləşən fərdi yaşayış evlərinin hasarlarında quraşdırılmış mayaklarda dəyişiklik baş verməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə