Sürüşmənin təsir dairəsi yaşayış evlərinə tərəf artıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan qərargah üzvlərinin Badamdar-20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə zonasında apardıqları monitorinqin saat 12:00-a olan nəticəsinə əsasən ərazidə aktivlik dinamikası dayanmayıb.

Nazirliyin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, üst hissədəki evlərin divarlarında uçqunların davam edəcəyi gözlənilir. Sürüşmənin təsir dairəsi yaşayış evlərinə tərəf artıb.

Bütün xəbərlər Facebook səhifəmizdə