BDU-da görkəmli alim Rəfiqə Əliyevanın xatirəsi anılıb

Sentyabrın 20-də görkəmli Azərbaycan alimi, Bakı Dövlət Universitetinin (BDU) ekoloji kimya və ətraf mühitin mühafizəsi elmi-tədqiqat laboratoriyasının yaradıcısı, Əməkdar elm xadimi, “Şöhrət” ordenli akademik Rəfiqə Əliyevanın anadan olmasının 86-cı ildönümü tamam olur. SİA xəbər verir ki, bununla bağlı BDU-da Rəfiqə Əliyevanın xatirəsi anılıb.

Görkəmli alimin xatirə barelyefi önündə keçirilən tədbirdə BDU-nun rektoru, akademik Abel Məhərrəmov ömrünün böyük hissəsini universitetdə ixtisaslı kadrların hazırlanmasına sərf etmiş Rəfiqə xanım Əliyevanın bu sahədəki xidmətlərindən danışıb.

Tədbirdə tanınmış alim və mütəxəssislər iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə