ETSN yanında İctimai Şuranın iclası keçirilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın növbəti iclası keçirilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, iclasda Şura tərəfindən son dövr ərzində görülən işlər barədə məlumat dinlənilib, cari məsələlər müzakirə olunub.

Nazirliyin fəaliyyətinin bugünkü aktual istiqamətləri nəzərə alınaraq bioloji müxtəlifliyin mühafizəsi və ekoturizmin təşviqi, ekoloji şəhərsalma və plastik tullantıların idarə olunması üzrə daimi işçi qrupların yaradılması təklifi müzakirə edilərək qəbul olunub. İşçi qrupların ilkin tərkibi müəyyən edilib və növbəti iclasda təsdiqlənməsi barədə qərar qəbul olunub.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə