Gənc və uğurlu rəssam Cəsar Məmmədov, Etika Akademiyasında “Muasir İncəsənətdə dəyərlər” mövzusunda seminar keçirib. Əsərləri Avropanın ən aparıcı muzeylərində və sərgilərində təqdim edilən, gənc olmasına baxmayaraq Avropanın bir neçə ölkəsində rəssamlar ittifaqina daxil olub və saysız birinciliklər qazanan Cəsar Məmməduv, uğurlarının sirlərindən danışıb. Etika üzrə məşçilər minlərlə uşaq, yeniyetmə və gənclərə özünü ifadə edə bilmək qabiliyyətini aşılamaqdadır. “Uğurun sirri dəyərlərinə sadiq qalmaqla işinin peşakarına çevrilməkdir” deyə təbliğ edir. Bu sahədə nitq mədəniyyəti , geyim və təqdim etmə texnikasına da sahib olmaq vacibdir. Cəsar Məmmədov bu fikrə dəstək olaraq özünün əsas prinsipinin: “ Nə edirsinizsə gözəl edin, nə yaradırsınızsa pozitiv düşüncədən yaradın “ olaraq bildirdi.
“Hər bir sənət adamı dünya bazarına çıxmaqdan ötru mütləq təqdimat bacarığına sahib olmalıdır, bunu edə bilmirsə, bu işi peşakar menecerə həvalə etməlidir “ deyə rəssam bildirib. Etika məşçiləri, öz proqramlarını daha da zəngin etmək üçün rəssamlıq dünyasından gərəkli məlumatları əldə etdilər. Azərbaycanli rəssamlar , dünya rəssamları haqda daha geniş məlumat aldılar və tədris proqlamlarına əlavə etdilər.
Rəssam C. Məmmədov əsərlərini təsnif edərək, auditoariyanın bütün suallarına cavab verib. C. Məmmədov, gələcək planları barədə də məlumat verib. O, Etika Akademiyasının bu çətin və məqsədyönlü işlərində müvəffəqiyyət arzulayaraq, bu işdə Akademiyaya daima mənəvi dəstək verəcəyini bildirib.
Qeyd edək ki, Etika Akademiyası hər ay məşqçilərin təkmilləşdirlməsi üçün ustadlar dəvət edir. Növbəti ustad dərs “Gülüşdə etika və estetika” adlı mövzuda Bahram Bağırzadəyə həsr olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə