Bu il Azərbaycanda fəsillər nə vaxt dəyişəcək?

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika Rəsədxanası Azərbaycan ərazisində 2018-ci il üçün fəsillərin başlanma vaxtını açıqlayıb. AMEA-dan SİA-ya verilən məlumata görə, yaz fəslinin ölkəmizə gəlişi martın 20-də Bakı vaxtı ilə saat 20:15-ə təsadüf edəcək.

Yay iyunun 21-i Bakı vaxtı ilə saat 14:07-də, payız sentyabrın 23-ü Bakı vaxtı ilə saat 05:54-də, qış fəsli isə dekabrın 22-si Bakı vaxtı ilə saat 02:22-də başlanacaq.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə