Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) 28 noyabr, 2017-ci il tarixində, 16:00-da Etika Akademiyasında (Nərimanov rayonu, Həsənoğlu 8 küçəsi) “İnsanların Həyatanı Biznesin Pozitiv gücü ilə yaxşılaşdırmaq” adlı seminar keçirəcək.

SİA-nın verdiyi məlumata görə, seminarın əsas məqsədi gənclərə biznesin qurulmasında təməl alətlərin müəyyən edilməsi, start-up layihələr hazırlanmasına dair təcrübənin bölüşülməsi barədə məlumatlandırmaqdır. Seminarın interaktiv keçirilməsi nəzərdə tutulub.

Seminarda təlimçi Enaktus Azərbaycan təşkilatının rəhbəri, Kəmalə Məmmədli olacaq. Seminar ödənişsizdir.

Seminarda iştirak etmək istəyənlər agat.ngo@gmail.com ünvanına təsdiq məktubu göndərə bilərlər.

Müəllif: Ceyhun Rasimoğlu
loading...