Ağdam rayonunda zəlzələ baş verib

Noyabrın 17-də Ağdam rayonu ərazisində 4,7 bal gücündə zəlzələ baş verib. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən SİA-ya bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 17:27-də qeydə alınıb.

Ocağı 25 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 4, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

loading...