Bəzi məhkumların həbsi təxirə salınır DƏYİŞİKLİK

Məhkumların cəzalarını çəkməsinin təxirə salınması ilə bağlı dəyişiklik təklif olunur. SİA-nın məlumatına görə, bununla bağlı Azərbaycan Prezidenti tərəfindən Cinayət Məcəlləsinin 79-cu (Hamilə qadınlar və azyaşlı uşaqları olan şəxslər tərəfindən cəzanın çəkilməsinin təxirə salınması) maddəsinə dəyişiklik layihəsi irəli sürülüb.

Layihəyə görə, 14 yaşına qədər uşağı olan qadınların, habelə 14 yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilərin cəzalarını çəkmələri uşaq 14 yaşına çatanadək təxirə salına bilər.

Hazırda Cinayət Məcəlləsində bu yaş həddi 8-dir.

Layihə Milli Məclisin oktyabrın 20-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Müəllif: Nailə Məhərrəmova
loading...