Elməddin oğlu ilə Türkiyədə filminin təqdimatına qatıldı VİDEO+FOTOLAR

Türkiyənin İstanbul şəhərində yerləşən "Kanyon" Ticarət Mərkəzinin kinoteatrında "Çat Kapı Aşk" romantik filminin qala-gecəsi baş tutub. SİA-nın məlumatına görə, qala gecədə Türkiyənin məşhur aktyorları Jess Molho, Müge Boz, Nergis Kumbasar, azərbaycanlı aktyor Elməddin Cəfərov və yaradıcı heyətin üzvləri iştirak ediblər.

Elməddin qala gecəsinə oğlu ilə birgə qatılıb.

Tədbirə həmçinin, Nebahat Çehre, Bülent Serttaş, Burcu Binici, Mustafa Topaloğlu, Yunus Günçe kimi Türkiyənin tanınmış simaları da qatılıb.

Qeyd edək ki, "Çat Kapı Aşk" filmi Azərbaycanda fəaliyyət göstərən "Cinemazadeh" studiyasının istehsalıdır və xaricdə çıxan ilk filmidir.

Bütün xəbərlər Facebook səhifəmizdə