Pərviz: "Damla ilə ayrılmağıma səbəb..." VİDEO

Meyxanaçı Pərviz Bülbülə müğənni Damla ilə yenidən duet oxumamasının səbəbini açıqlayıb. SİA-nın məlumatına görə, ifaçı verilişlərin birində bu haqda danışıb: "Damla xanımla heç bir şəxsi prinsipim olmayıb. Mənim onunla nə şəxsi işim ola bilərdi? Sadəcə olaraq Damla xanım işə məsuliyyətlə yanaşmırdı. Mənə lazımdır ki, duet ortağım işə həvəs göstərsin. Həmin xasiyyətdə hazırda duet ortağım olan Türkan Vəlizadə də var. Mən heç bir duet ortağıma demərəm ki, sən get hazırla, mən gəlim. Dəfələrlə Damla xanımın özünə demişdim ki, işə həvəssiz yanaşdığınıza görə hər an ayrıla bilərik. Ən vacibi adıçəkilən xanım ifaçının fikri sənətdə deyildi. Şəxsi həyatındakı problemləri toylarda biruzə verirdi".

Bütün xəbərlər Facebook səhifəmizdə