Arvadından boşanan Rəvan: "Həyatımda biri var" ETİRAF

Müğənni Rəvan Qarayev şəxsi həyatı haqda etiraf edib. SİA-nın məlumatına görə, verilişlərin birində qonaq olan Rəvan proqramın aparıcısı Tarix Əliyevin (Tolik) "Sevgililər günündə kimə gül alıb apardın? Yalan danışma, sevgilin yoxdur? Dost başqa, kiminləsə bir evdə qalmaq ayrı" sözlərinə belə cavab verib: "Həyatımda biri var".

Tolik sənətçinin bu sözlərini qınayıb: "Bir il deyil boşanıb, bunun ürəyi yataqxanadır".

Qeyd edək ki, Rəvan ikinci həyat yoldaşı Günaydan 2017-ci ildə ayrılıb. İfaçının ilk evliliyindən 1, ikincidən də 1 qız övladı var. Müğənni boşanandan sonra daha heç vaxt evlənməyəcəyini söyləmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə