Kərim: "Falçı yanına getmişəm" VİDEO

Müğənni Kərim Abbasov verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, ifaçı cadudan danışıb: "Falçı yanına getmişəm. Bizdə hamı öyrəşib falçı adı gələndə desin ki, "yox getməmişəm". Uzun illər əvvəl İstanbulda bir falçıya fala baxdırdım. Mənə dedi ki, Türkiyəyə işlə bağlı yolun açılacaq. Bax indi həmin hadisə gerçəkləşir".

İfaçı ona cadu edildiyini də bildirib: "Evdə şarfım var idi. Həmin şarfa 7 dənə düyün vurulmuşdu. Onun düyünlərini açdım. Daha sonra heç nə olmamış kimi ütüləyib, boynuma taxdım (gülür)".

Bütün xəbərlər Facebook səhifəmizdə