Fatimədən verilişə pul ödəməsi iddiasına cavab

Rəqqasə Fatimə Fətəliyeva prodüser Tarix Əliyevin (Tolik) iddialarına cavab verib. SİA-nın məlumatına görə, Tolik “Lider”də aparıcılığa başlayan rəqqasənin ora pul ödədiyini deyib.

Sənətçi əməkdaşımızla söhbətində bildirib ki, prodüserin iddiaları yalandır: “Xeyr, belə bir şey yoxdur. O verilişə sponsor gətirmişəm. İllərdir müştərisi olduğum estetik klinikaya dedim ki, veriliş aparacam, sponsor olmaq istəyərsiniz? Onlar da razılaşdı. Verilişimə sponsor gətirməyim normal haldır. Hətta mənim sahibi olduğum "Banu" salonu da onlara təşkilatçı dəstək olub. Pul vermək nədir? İndiyənə kimi heç bir verilişə pul verib çıxmamışam ki, rəqsimi göstərim. Mən ora 1 manat da ödəmirəm. Hətta maaş da alacam ordan”.

Qeyd edək ki, Fatimə Sərxan Kərəmoğlu ilə birlikdə "Xoş gəldin" verilişinə aparıcılıq edir. Ötən gün Sərxan kişilərlə içki məclisində videosu yayılan müğənni Mətanət Əsədovanı efir zamanı tənqid edib. Tolik isə həmin an orada olan Fatimənin Mətanəti müdafiə etməməsini qınayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...