Müğənni-bəstəkar Murad Arif özündən çıxıb. SİA-nın məlumatına görə, ifaçıya qarşı dələduzluq edilərək, adından müştərilərinin aldadıldığını deyib:

“Məclis maklerləri ağ edib. Mən vasitəçilərə onsuz da öz halal 10%-imi verirəm. Biri məni 5-ə razı salıb, müştəridən 10 götrürsə, buna nə ad vermək olar? Yayda apardığım məclislə bağlı elə şey eşitdim ki, şokdaydam! İnsan o loxmanı boğazından necə keçirib, görəsən?

Hörmətli məclis sahibləri, şirkət nümayəndələri! Əgər “Murad Arif bölgələrə getmir”, “Tək özü üçün 8-10 min manat istəyir”, “Bakıda olmayacaq”, “Həmin gün məşğuldur”, “Murad müğənni seçiminə müdaxilə edir”, “Filan sənətçilərlə məclis aparmır” tipli yalan versiyalar eşitmək istəmirsinizsə, özümə müraciət edin”.

Bütün xəbərlər Facebook səhifəmizdə