Nazənin bağ evində oğluna ad günü keçirdi VİDEOLAR-FOTOLAR

Müğənni Nazənin oğlu Orxana bağ evində ad günü keçirib. SİA-ya açıqlama verən ifaçı bildirib ki, oğlunun özəl günündə yalnız ailəsinə yaxın olan insanlar iştirak edib: “Allah hər kəsin qapısında xeyir iş qismət eləsin. Oğlumun ad gününü elə bağ evimizdə qeyd elədim. Hər il ad günü keçirməyi, insanlara əziyyət verməyi sevmirəm. Keçən ay adımı daşıyan nəvəmin ad gününü ailə üzvlərimizin əhatəsində qeyd elədik. Oğlumun ad günün elə də böyük etmək istəmədim. Sadəcə ailəmə yaxın insanlar iştirak etdi. İllərdir mənim rəfiqəlik etdiyim müğənnilər Könül Kərimova, Rühəngiz Allahverdiyeva, Mənzurə Musayeva da mənim balamın xoş günündə yanımda oldu. Bu doğum gününü restoranda edib, bütün sənət dostlarımı başıma yığa bilərdim. Amma istəmədim ki, heç kimə əziyyət verim”.

Bütün xəbərlər Facebook səhifəmizdə