Azərbaycanlı aktyor Burak Özçivitlə FOTO

Xəbər verdiyimiz kimi, azərbaycanlı aktyor Kamran Ağabalayev Türkiyədə Murad Boz və Burak Özçivitin baş rollarda olduğu "Kardeşim benim 2" filmində çəkilir. SİA-nın məlumatına görə, o, bir neçə gündür ki, çəkilişlər üçün Çanaqqaladadır. Kamran sosial şəbəkədə B.Özçivitlə fotosunu paylaşaraq "Burak abiylə sabah fotosu" yazıb.

Qeyd edək ki, K.Ağabalayev filmdə polis obrazını canlandıracaq. "Kardeşim benim 2" noyabrın 24-də təqdim ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə