Paşinyanın yararsızlığı erməni cəmiyyəti üçün artıq sirr deyil

Nikol Paşinyan təbliğat komandasının yararsız olduğunu hələ də başa düşməyib və o anlamır ki, bu günə qədər heç kimə insanları uzun müddət yanlışlığa sürükləmək müyəssər olmayıb. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən yazır ki, bunu ictimai-siyasi xadim Miqran Akobyan öz Facebook səhifəsində yazıb.

İctimai-siyasi xadim Miqran Akobyan yazır ki, ABŞ Beynəlxalq Respublikaçılar İnstitutunun dərc etdiyi sorğu, Konstitusiya Məhkəməsinin Ermənistanın hüquq-mühafizə orqanları arasında ən yüksək etimada sahib olması, Konstitusiyanı tutmağa çalışan hakimiyyətlərin sıralarında əsl fırtına yaradıb. Onun sözlərinə görə, Ermənistan hakimiyyətinin təbliğatı, peşəkar baxımdan çoxdan tükənmiş və personajlardan təkrar istifadə olunraq fikirləri təqdim edir.

“Təəssüf ki, Nikol Paşinyan təbliğat qrupunun yararsız olduğunu hələ də başa düşməyib və anlamayıb ki, indiyə qədər heç kim insanları uzun müddət çaşdıra bilməyib”, deyə Miqran Akobyan öz Facebook səhifəsində yazıb.
Görünür, Paşinyanın yararsız təbliğat komandası erməni cəmiyyəti üçün artıq sirr deyil və onun insanları bundan sonra aldadaraq yanlışlığa uzun müddət aparacağı mümkünsüzdür.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə