Ermənistanda uçuşların təhlükəsizliyi şübhə altına alınıb

Avropa Birliyi Ermənistanda uçuşların təhlükəsizliyini şübhə altına alıb. SİA Ermənistana məxsus rusarminfo.ru saytında yayımlanan məlumata istinadən xəbər verir ki, Avropa Komissiyası, Ermənistan Mülki Aviasiya Komitəsinin fəaliyyətini sərt nəzarət altına aldığını açıqlayıb.

Məlumatda qeyd olunur ki, Avropa Komissiyasının açıqlamasında "Ermənistan Mülki Aviasiya Komitəsi uçuş təhlükəsizliyinə nəzarətin azalması əlamətləri səbəbindən gücləndirilmiş nəzarətə götürüldüyü" bildirilir.
Qeyd edilir ki, AB təhlükəsizlik siyahısının yenilənməsi ilə əlaqədar yayımlanan açıqlamada Avropa Komissiyasının narahatlığının səbəbləri qeyd edilmir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə