Suriya danışıqlarının iştirakçıları Nur-Sultana yığışıb

Suriyada vəziyyətin nizamlanması üçün danışıqlarda iştirak edən tərəflərin nümayəndə heyətləri Nur Sultana gəlib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə Qazaxıstanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov açıqlayıb.

Onun sözlərinə görə, hazırda təşkilatçılar danışıqlar tərəfləri arasında ikitərəfli və üçtərəfli məsləhətləşmələr üçün yerlər üzərində işləyirlər. Qazaxıstan Xarici İşlər Nazirliyinin nümayəndəsi danışıqlarda İordaniyanın krallığının səfiri Yussef Abdelgani tərəfindən təmsil olunacağını söyləyib.

Qeyd edək ki, dekabrın 10-11-də Nur Sultanda Suriyadakı vəziyyətin sülh yolu ilə tənzimlənməsi ilə bağlı danışıqlar aparılacaq. İclasda Rusiya, İran və Türkiyə, həmçinin Suriya hökuməti və silahlı müxalifətin nümayəndələri bir araya gələcəklər.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə