"Onlar nə istədiklərini bilmirlər və şeytanxislətli insanlardır" ÖZƏL-MÖVQE

"Ötən gün Prezident İlham Əliyev Şirvan şəhər, Zərdab, Bakının Suraxanı, Yasamal, Xətai rayonlarına yeni təyin olunan icra hakimiyyəti başçılarını qəbul etdi və orada birmənalı olaraq bildirdi ki, özünü müxalifət adlandıran antimilli dəstənin işi ancaq qarayaxma kampaniyaları aparmaqdır. Cənab Prezident qısa, konkret və lakonik olaraq bu gün özünü müxalifət adlandıran Əli Kərimlinin, İsa Qəmbərin, Əli İnsanov kimi ünsürlərin keçirdiyi bu şounu sözün həqiqi mənasında çox düzgün xarakterizə etdi ki, onlar qarayaxma kampaniyası ilə məşğuldurlar". Bunu SİA-ya millət vəkili İlham Məmmədov deyib.

"Siz təsəvvür edin ki, bu insanların xisləti və əqidəsi bundan ibarətdir. Mən burada öz xalqıma səslənirəm və deyirəm ki, gözünüzü açın və bir daha baxın. Bu insanlar Azərbaycanı sevməyən bir qrup ünsürlərdir. Onlar heç zaman da ölkəmizi sevməyəcəklər. Çünki onlar nə istədiklərini bilmirlər və şeytanxislətli insanlardır. Baxın, ABŞ Nümayəndələr Palatası qondarma “erməni soyqırımı” ilə bağlı qətnamə qəbul etmək cəhdindən bulunur. Əlbəttə ki, bu heç də normal bir qanuni hal deyil. Əgər bu qətnamə qəbul olunarsa bir neçə prosedurlardan keçməlidir. Həmin vaxt “Milli Şura”nın sədri, “ağsaqqalı” adlandırılan, qondarma “alim”, “professor” Cəmil Həsənli də orada iştirak edirdi. Bu insan bir kəlmədə olsun ağzını açıb demir ki, bu gün Azərbaycan torpaqları işğal olunub və Azərbaycan dövlətinin mövqeyi ilə mən də şərikəm və s. Sən Cəmil Həsənli erməni lobbisinin pulu ilə Amerikaya gedib çıxmısan heç olmasa Azərbaycançılığını et və sözünü de. Bu mənada hesab edirəm ki, onların addımları qaragüruh və qarayaxma kampaniyasından başqa bir şey deyil. Görün bu insanlar nə dərəcədə həyasızlaşıblar ki, artıq qanunlara əməl etmədən, xaricdəki havadarlarına arxayın olaraq insanların gur toplaşdığı yerlərdə mitinqlər təşkil etmək istəyirlər"-deyə, İ.Məmmədov fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...