Ermənistan parlamentində növbəti qalmaqal

Ermənistan Milli Məclisində spiker Ararat Mirzoyan və “Çiçəklənən Ermənistan” partiyasından olan deputat Qevorg Petrosyan arasında atışma olub. SİA Ermənistana məxsus rusarminfo.ru saytında yayımlanan məlumata istinadən xəbər verir ki, Petrosyan, homoseksuallar və cinsiyyət dəyişən insanlar tərəfindən övladlığa götürülməni qadağan edən qanun layihəsini təqdim edib və mübahisə də bundan sonra başlayıb.

Məlumatda qeyd olunur ki, Qevorg Petrosyanın deputatlara müraciətinə spiker Ararat Mirzoyan laqeyd qalmayıb və mübahisənin başlanması da bu səbəbdən olub. “Çiçəklənən Ermənistan” partiyasından olan Petrosyanın deputatlara müraciəti spikeri bərk qəzəbləndirib. Şəxsi müraciətə görə kəskin irad bildirib və bunu hədsizlik adlandırıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...