Paşinyanın dövlət məmurlarına təzyiq və həqarətləri davam edir

Ermənistanda məmurlara yeni ili evdə keçirmək əmri verilib. SİA Ermənistana məxsus rusarminfo.ru saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə "Qraparak" qəzeti xəbər yayıb.

Qəzet xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan daxili qaydada bütün vəzifəli şəxslərə və millət vəkillərinə yeni ili respublikada qeyd etmələrini əmr verib.
Sözügedən qəzet yazır ki, baş nazir Nikol Paşinyanın yeni ili Ermənistanda qeyd etmək əmri vəzifəli şəxslərə və müavinlərə aiddir.
Nəşrin yazdığına görə, bu il məmurlar və parlament üzvləri hökumət başçısının əmrini pozmağa cəsarət etmirlər.
Ötən il iki məmur yeni il tətilini Ermənistandan kənarda keçirdikləri üçün vəzifələrini itiriblər.
Göründüyü kimi, demokratiyadan dəm vuran Nikol Paşinyan dövlət məmurlarını nəinki idarə edir, hətta onlara təzyiqlər etdiyi də dəfələrlə müşahidə olunur. Hər bir məmurun öz tətilini harada keçirməsinə belə qadağalar tətbiq edən erməni baş nazir ən başlıcası insan haqlarını, hüquqlarını kobud şəkildə pozur. Ötən ilin təcrübəsi, yəni, erməni baş nazirin yeni ili Ermənistanda keçirmək əmrindən çıxanların vəzifələrindən azad edilməsi faktları da təsdiq edir ki, Paşinyanın dövlət məmurlarına həqarət etməkdən belə çəkinmir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...