“Paşinyan anlayır ki, siyasi openentləri getdikcə güclənməkdədir” RƏY-ÖZƏL

"Ermənistanın baş naziri Paşinyan münaqişə ilə bağlı konkret mövqeyə malik deyil. Yəni dəfələrlə öz mövqeyini kəskin şəkildə dəyişir, ziddiyyətli bəyanatlar səsləndirir. O ki, qaldı Paşinyan Azərbaycanın işğal olunmuş ərazilərində referendum keçirməyi məsələsinə, aydın məsələdir ki, istənilən məqsədlə keçirilən referendumun legitimliyi tanınmayacaqdır. Yəni legitim sayılmayacaqdır". Bunu SİA-ya açıqlamasında politoloq Elşad Mirbəşiroğlu deyib. Onun sözlərinə görə, qondarma rejim dünyanın heç bir ölkəsi tərəfindən tanınmır, separatçı rejim kimi qəbul olunur: "Bunun fonunda, istər orda "prezident seçkiləri" olsun, istər digər təyinatlı seçkilər olsun, onların heç biri dünya tərəfindən tanınmayıb. İndi Paşinyanın bu cür bəyanatları yenə də təxribat xarakterli bəyanatdır, ən azından Paşinyan daxili aditoriyanın diqqətini mövcud sosial iqtisadi problemlərdən yayındırmağa çalışır. Eyni zamanda, Paşinyan anlayır ki, siyasi openentləri getdikcə güclənməkdədir və bu baxımdan da, yeni bir referendum oyununu ortaya atmaqla özünə hansısa xal qazanmağa çalışır".

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...