Rusiya Ermənistana rədd cavabı verdi

Rusiya gömrüyü Ermənistandan yollanan 21 ton "mavi" pendiri geri qatarıb. SİA Ermənistana məxsus rusarminfo.ru saytında yayımlanan məlumata istinadən xəbər verir ki, "Spayka" erməni şirkətinin yeni açılan pendir fabrikində istehsal olunan 21 ton mavi pendir "Verxnıy Lars" keçid məntəqəsində 24 gün ərzində saxlanıldıqdan sonra Rusiya gömrükçüləri tərəfindən rədd edilib və geri qatarılaraq malların Rusiyaya keçməməsinə rədd cavabı verib.

Məlumata görə, noyabrın 5-də Rusiya gömrükçülər yük maşınının sürücüsünə Rusiyaya pendir keçirə bilmədikləri barədə şifahi şəkildə məlumat veriblər. Çünki pendirin "Ermənistan, Orta Asiya və Cənub-Şərqi Avropada" istehsal olunduğu barədə ekspert rəyi alıblar.

Daşıyıcı pendirin Ermənistanda istehsal olunduğunu iddia edir. Amma hələ də şirkətə ekspert rəyi verilməyib.
Xatırladaq ki, Ermənistan və Rusiyanı birləşdirən yeganə quru yolu Gürcüstan və Rusiya sərhədindəki Yuxarı Lars keçid məntəqəsindən keçir və Ermənistanın öz məhsullarını başqa yollarla Rusiyaya keçirməsi mümkünsüzdür.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...