Ermənistan hakimiyyəti özü öz işini çətinləşdirir

Ermənistanda baş verən hər hansı bir proses şəffaf və açıq olmalıdır. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri Çiçəklənən Ermənistan partiyasının katibi Arman Abovyan bu gün aysor.am-a müsahibəsində baş nazir Nikol Paşinyanın nazir maaşlarının artırılması ilə bağlı gizli qərarına toxunarkən deyib.

Məlumatda qeyd olunur ki, partiya katibi Ermənistanda baş verən hər hansı bir prosesin cəmiyyətdə suallar yaratmamalı olduğu barədə mesaj verib.

“Bu gün müzakirə olunan hər hansı bir problem açıq olmalıdır. Hökumətin bu qərarı niyə dərc etmədiyini başa düşmürəm. Kobud desək, özləri də öz işlərini çətinləşdirirdilər. Ən yaxşı niyyətlə belə, məlumat gizlənə bilməz. Düşünürəm ki, hakimiyyət problemin nə olduğunu izah edəcək”, deyə Arman Abovyan bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...