"Ölkəmiz bununla strateji məqsədlərini dünyaya bir daha izah etmiş olacaq" AÇIQLAMA-ÖZƏL

“Qoşulmama Hərəkatına sədrliyin Azərbaycana keçməsi ilə ölkəmiz öz strategiyasını, xarici siyasət və strateji məqsədlərini dünyanın bir sıra ölkələrinə bir daha izah etmiş olacaq”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə deyib

O bildirib ki, Azərbaycanın istəyi beynəlxalq fəaliyyətini beynəlxalq hüquq normaları çərçivəsində inkişaf etdirməkdir.

Onun sözlərinə görə, bununla yanaşı, Azərbaycan beynəlxalq təşkilatlar tərəfindən qəbul olunan qərarların kağız üzərində deyil, real, hüququn aliliyi təmin olunmasının tərəfdarıdır: “ Ölkəmiz həmçinin güc mərkəzləri tərəfindən edilən məhdudiyyətləri anlamalı, kiçik ölkələrin də hüquqları beynəlxalq aləm tərəfindən qorunmalıdır”.

A.Mollazadə söyləyib ki, Azərbaycan digər ölkələrlə münasibətidə ilk növbədə tərəfdaşlıq, əməkdaşlıq, ümumi maraqlara üstünlük verir: “ Ölkəmiz bu amilləri nəzərə alaraq, çox ciddi strateji layihələrlə həyata keçirməklə hər kəsi bu əməkdaşlığa dəvət edir”.

Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünun ölkəmiz üçün mühüm əhəmiyyət kəsb etdiyini qeyd edən deputat söyləyib ki, tədbirin işıqlandırılması üçün 200-dən artıq medianın qeydiyyatdan keçəsi Dünya mətbuatının gözünün Azərbaycanda olacağını deməyə əsas verir: “Dünyanın informasiya mərkəzləri Azərbaycanla daha yaxından tanışola biləcək. Daha bir möhtəşəm beynəlxalq tədbirə ev sahibliyi etməklə Azərbaycan dünyaya inteqrasiyasının təmin etmiş olacaq”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...