Ermənistanda cinayətkarlıq faktları artmaqdadır

Ermənistan Respublikasının İstintaq Komitəsinin Yerevan İstintaq İdarəsinin Erebuni və Nubaraşen İnzibati Bölgəsinin İstintaq Şöbəsi, Vardaşen küçəsində baş verən qətlin səbəblərini araşdırır. SİA Ermənistana məxsus lragir.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə Ermənistan Respublikası İstintaq Komitəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Verilən məlumata görə, dərhal hadisə yerinə yollanan istintaq-əməliyyat qrupu mənzildə boynunda kəsilmiş yara, sinəsində və qarnında çoxsaylı kəsiklər olan bir qadının cəsədini tapıb. Ermənistan Respublikası Cinayət Məcəlləsinin 104-cü maddəsinin 8-ci hissəsinin 2-ci bındinə əsasən cinayət işi başlanılıb və istintaq planı da tərtib edilib. Cinayət işinin bütün hallarını aydınlaşdırmaq üçün bir sıra məhkəmə ekspertizaları təyin edilib, zəruri istintaq və prosessual tədbirlər görülür. Müvafiq polis bölməsinə cinayəti törədən şəxsin müəyyənləşdirilməsi üçün tədbirlər görmək və icraatı həyata keçirən orqana məlumat vermək tapşırılıb. İlkin istintaq davam edir.
Göründüyü kimi Ermənistanda cinayətkarlıq faktları artmaqdadır və bir-birinin ardınca baş verən cinayətlər bunu təsdiq edir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə