Türkiyə Suriyadakı əməliyyatları bərpa etməyə hazırdır Ərdoğan

Əgər ABŞ 120 saatdan sonra "Barış pınarı" əməliyyatını dayandırmaq üçün Ankaraya verdiyi vədləri yerinə yetirməsə, Türkiyə əməliyyatı bərpa edəcək. SİA-nın verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Soçiyə getməzdən əvvəl Ankarada keçirdiyi brifinqdə açıqlayıb.

Ərdoğanın sözlərinə görə, 9 oktyabr tarixindən etibarən əməliyyat çərçivəsində 775 terrorçu zərərsizləşdirilib.

Əməliyyat zamanı 7 türk əsgəri, "Azad Suriya Ordusu"nun 79 döyüşçüsü və 20 mülki vətəndaş öldürülüb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə