Ermənistan Konstitusiya Məhkəməsi qeyri-qanuni bir quruluş hesab olunur

Vaqe Griqoryan və “Mənim addımım” partiyasının arasından qara pişik keçib. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə "İrates" qəzeti yazır.

Qəzeti yazır ki, Ermənistan hakimiyyəti inadkarlıqla və heç bir rəsmiləşdirmə olmadan belə Qrayr Tovmasyandan yaxa qurtarmaq istəyir və bu məqsədinə çatmaq üçün heç nəyi nəzərə almaq fikrində deyil. Nəşrin yazdığına görə, əgər əvvəllər hamı elə hesab edirdisə ki, Konstitusiya Məhkəməsinin sədri vəzifəsinə, Tovmasyanın yerinə Vaqe Qriqoryan təyin olunacaq, indi bu məsələdə dönüş nöqtəsi olduğu görünür. Əgər son vaxtlara qədər onun "parlaq" obrazı parlament çoxluğunu valeh edirdisə, hal-hazırda Vaqe Qriqoryan və "Mənim addımım" partiyasının arasından qara pişik keçib. Parlament çoxluğu Vaqe Qriqoryanın arzularını gerçəkləşdirə bilməyib, o əsəbləşməklə azarkeşlərin “qınağını” qazanıb.

Konstitusiya Məhkəməsi hakiminin maaşını alan və Konstitusiya Məhkəməsinə bir gün belə işə gəlməyən Vaqe Qriqoryan iş yerində olmaması faktını Ermənistanda Konstitusiya Məhkəməsinin olmaması, onun qeyri-qanuni bir quruluş olması ilə izah edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...