"Türkiyə-Suriya sərhəddində təhlükəsizlik zonasının uzunluğu 444 kilometrdir"

Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan ABŞ-la Suriya ilə bağlı 17 oktyabrda əldə etdiyi razılığı şərh edib. SİA-nın xarici mətbuata iustinadən verdiyi xəbərə görə, Türkiyə prezidenti Suriyanın şimalındakı hərbi əməliyyatların müvəqqəti dayandırıldığını təsdiqləyib.

O bildirib ki, Türkiyə ilə ABŞ arasında aparılan danışıqlarda ABŞ vitse-prezidenti Mayk Pens iştirak edib. Hər iki tərəf Suriyadakı kürd özünümüdafiə qüvvələrinin sərhəd bölgəsini tərk edə bilməsi üçün hərbi əməliyyatının 120 saat dayandırılacağına dair razılığa gəliblər.

Ərdoğan qeyd edib ki, Türkiyə Suriya sərhəddində təhlükəsizlik zonasının uzunluğu 444 kilometrdir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə