“İlham Əliyevin apardığı məqsədyönlü siyasətin real təntənəsi bütün sahələrdə hiss edilir” NAQİF HƏMZƏYEV

"Bu gün ölkəmizin beynəlxalq aləmdə yüksək nüfuza malik olması hər bir Azərbaycan vətəndaşının qürur və iftixarına çevrilib. Müasir dünyanın əsas liderlərindən biri kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mötəbər tribunalardan səsləndirdiyi fikirlər, bəyanatlar, etdiyi çıxışlar, irəli sürdüyü çağırışlar dünya birliyi tərəfindən ehtiramla qəbul olunur". SİA xəbər verir ki, bu fikirləri YAP Gəncə şəhər təşkilatının sədri, Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

Onun sözlərinə görə, müstəqil Azərbaycan bütün dünyanın gözü qarşısında sabit, dinamik və sülhsevər dövlət kimi inkişaf edir, qətiyyətlə parlaq gələcəyə doğru addımlayır: "İlham Əliyevin dövlət başçısı kimi apardığı məqsədyönlü siyasətin real təntənəsi bütün sahələrdə hiss edilir. Bu günlərdə Prezident İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Rusiyanın Soçi şəhərində keçirilmiş "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasında iştirakı, həmin iclasın plenar sessiyasındakı çıxışı, qətiyyətlə səsləndirdiyi bəyanatlar ölkəmizin beynəlxalq nüfuzunun daha da möhkəmləndirilməsi istiqamətində atılmış mühüm siyasi hadisə kimi tarixə yazıldı. Prezident İlham Əliyev fürsətdən istifadə edərək Azərbaycanda əldə edilən nailiyyətləri və qarşılıqlı əməkdaşlıq istiqamətindəki prosesləri diqqət mərkəzinə çəkməklə yanaşı, ölkə reallıqlarını da beynəlxalq ictimaiyyətə çatdırdı".

"Valday" Beynəlxalq Diskussiya Klubu kimi mötəbər bir forumun tribunasından Prezident İlham Əliyev tərəfindən səsləndirilmiş sərrast bəyanat Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağa səfəri zamanı Xankəndindəki görüşü zamanı "Qarabağ Ermənistanındır, nöqtə" şəklində ifadə olunmuş sərsəm fikrinə beynəlxalq ictimaiyyət qarşısında obyektiv siyasi və diplomatik cavab oldu", deyən millət vəkilinə görə, real gerçəkliyin ifadəsi olan "Qarabağ Azərbaycandır və nida işarəsi!" bəyanatı Prezident İlham Əliyevin müdrikliyini, hazırcavablığını bir daha təsdiq etdi: "Dövlət başçısı Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə vaxtilə Zəngəzur bölgəsinin Azərbaycandan alınıb Ermənistana birləşdirilməsinə də diqqət çəkib. Regionun bugünkü reallıqlarını müzakirə etmək üçün Türkdilli Dövlətlərin rəhbərlərinin bir araya gəldiyi mötəbər beynəlxalq tədbirin tribunasından bu fikirlərin səsləndirilməsi Azərbaycanın prinsipial mövqeyindən bir addım da geri çəkilməyəcəyinə, öz ərazi bütövlüyünü bərpa etmək əzmində və gücündə olduğuna daha bir mesaj oldu".

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...