"Gənc Sahibkarlar Forumunun keçirilməsi mesajı xüsusi əhəmiyyət kəsb edir" ÖZƏL-MÜNASİBƏT

“Prezident İlham Əliyevin Türk Şurasına xüsusi önəm verdiyi kimi, Şuranın üzv ölkələri və ölkə liderləri də Zirvə görüşündə iştirakı ilə bunu təsdiq etdi. Bütün dünyanın gözü dünən Azərbaycanda idi. Zirvə görüşündə iştirak edən liderlərin ən azı 4 nəfərin çıxışında gənclər və idman haqqında səsləndirdiyi fikirlər Türk Şurası Gənclər Platforması üçün fəaliyyət istiqaməti müəyyənləşdirir”. Bunu SİA-ya “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov deyib.

Onun sözlərinə görə, Özbəkistan Prezidenti tərəfindən görüşdə Gənc Sahibkarlar Forumunun keçirilməsi mesajı, xüsusi əhəmiyyət kəsb edir: “Bu istiqamət fəaliyyət planımıza daxil ediləcək.

Prezident İlham Əliyev tərəfindən xüsusi vurğulanmış Zəngəzurun terrorçu ermənilər tərəfindən işğal altında olması, Türk Dünyası üçün vacib mesaj idi. Ərazi quru sərhədlərində Zəngəzurun işğalda saxlanması bugün Türk Dünyası arasında bağlılığı itirir.

R.T.Erdoğının Zirvə görüşündən 1 gün öncə Dünya Türk İşadamları Toplantısında "Ümumtürk Dİasporası" haqqında xüsusi mesaj vermişdi. Prezident İlham Əliyevin fikirlərinə əsasən "1 millətin 2 diasporası olmaz" fikirlərini xüsusi vurğulanmışdı. Dərhal sonra Zİrvə toplantısında işğal altında olan torpaqların qeyri-şərtsiz və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə dair BMT-də verdiyi mesajı üzərində durması qardaş ölkələrin ortaq maraqlarını özündə birmənalı ehtiva edir.

TDƏŞ günü gündən daha da böyüyəcək. Macarıstan hökümətinin Türk Şurası üçün Avropada xüsusi ofis açması və Özbəkistanın artıq bugün tam hüquqlu üzv qəbul olunması, eynisi ilə Türkmənistanın da Zirvə görüşündə iştirakına bunu deməyə əsas verir ki, bu platforma daha da böyüyəcək və digər Türk xalqları yaşayan ölkələrin də marağına səbəb olacaq.

TDƏŞ bugünə kimi BMT, İƏT və bir çox beynəlxalq platformalarda iştirakı daha da böyüyəcək. Üzv dövlətlər arasında olan gömrük, maliyyə dövriyyəsi, turist mübadiləsi fikirlərinə xüsusi toxunan liderlər Türk Dünyası üçün yeni bir strateji inkişaf xəritəsi açır. 2019-cu ildə Türkdilli ölkələrdən Azərbaycana olan turist axını 330.000 nəfər çatması digər illərlə müqayisədə yetərincə çoxdur. Türk Dünyası adına xeyirli uğurlu olsun!”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə