"TDƏŞ-in VII Zirvə görüşü tarixi görüş oldu"

"Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə görüşü tarixi görüş oldu". SİA-nın xəbərinə görə, bunu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) baş katibi Bağdat Amreev toplantıdan sonra keçirilən brifinqdə deyib.

O bildirib ki, Türk Şurasının 7-ci zirvə görüşü Naxçıvan sazişinin 10-cu ilinə təsadüf edir: "Bildiyiniz kimi 2009-cu ildə Naxçıvanda keçirilən zirvə görüşündə türkdilli ölkələr arasında əməkdaşlıq sazişi imzalanıb".

Azərbaycanda keçirilən sammitin digərlərindən bir sıra hadisələrə görə fərqləndiyini deyən baş katib söyləyib ki, Özbəkistan ilk dəfə idi ki sammitdə təmsil olunurdu: "Bilirsiniz ki, builki sammitin mövzusu kiçik və orta sahiblkarlığa həsr olunub. Hesab edirəm ki, türdilli ölkələr arasında iqtisadi əlaqələr daha da güclənəcək".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...