Adlar ermənilərin tarixini yox, onların düşmənçilik siyasətini təsdiq edir

Gürcülər və ermənilər bir-birlərini hamının adlandıqdığı kimi adlandırmırlar. SİA Ermənistana məxsus rusarminfo.ru saytında yayımlanan məlumata istinadən xəbər verir ki, dünyanın demək olar ki, bütün dillərində Ermənistan və Gürcüstanın adı eyni səslənsə də bu iki dövlət bir-birini hamıdan fərqli şəkildə adlandırır.

Məlumatda qeyd olunur ki, ermənilər Gürcüstanı Vrastan, gürcüləri isə vrasi, yəni düşmən adlandırırlar. Gürcülər də Ermənistanı Somxeti, erməniləri isə Somexi adlandırırlar.

Bu adları araşdıran ermənilər bu xalqların tarixən qonşu olduqlarını, əsasən də özlərinin hansısa tarixə, həmçinin torpaqlara sahib olduqlarını təsdiq etməyə, sübut etməyə, hətta göstərməyə və inandırmağa çalışırlar. Onlar "Vrastan" sözünün tərcümədə “yuxarı “ olduğunu əsas gətirməyə çalışaraq coğrafi baxımdan qonşu ərazilərdə məskunlaşdıqlarının adlarda da öz əksini tapdığını sübut etməyə cəhd edirlər. Əslində isə, tərcümədə düşmən kimi səslənən sözlərlə qonşularına müraciət edən ermənilərin bu adlar tarixini yox, onların mahiyyətini, düşmənçilik siyasətini təsdiq edir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə