Şahmatçımızın qalibi olması hər birimizdə qürür hissi yaradır Mehriban Əliyeva

Yeniyetmə şahmatçımız Aydın Süleymanlının Hindistanda 14, 16 və 18 yaşlı oğlanlar və qızlar arasında keçirilən şahmat üzrə dünya çempionatının qalibi olması xəbəri hər birimizə ancaq qürür və sevinc hissi yaşada bilər. SİA-nın məlumatına görə, bu barədə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın "İnstagram" dakı rəsmi səhifəsində qeyd edilir.

Paylaşımda deyilir: "Dünya çempionu titulu uğrunda yarışlarda qələbə qazanmağı münasibətilə Aydını ürəkdən təbrik edir, ona yeni-yeni nailiyyət və qələbələr arzulayıram!"

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...