Əli Kərimlinin trol şəbəkəsində qarşıdurma AUDİOYAZI

AXCP sədrinin “qızıldan dağ” vəd etdiyi aldadılmış kəvakibləri artıq onun yalan danışdığını riyakar olduğunu qətiləşdiriblər

AXCP sədri Əli Kərimlinin başının üzərindən qara buludlar əksik olmur. SİA xəbər verir ki, onun müavini Fuad Qəhrəmanlının qız övladları və həyat yoldaşına qarşı amansız davranışlarının, şiddət göstərməyinin ardınca istefa verməsi faktı cəbhədaxili, istərsə də düşərgənin digər cinahında fəaliyyət göstərən müxalifətçilərin ciddi qınağına səbəb olub. Hiddətlə qınanılan Ə.Kərimlinin istefası tələb olunur, xüsusilə bildirilir ki, əgər Ə.Kərimli öz partiyası daxilindəki vəziyyəti idarə edə bilmirsə, onun müavini öz ailəsində necə deyərlər, “baş kəsib, qan tökürsə” onlar hakimiyyətə gəlsələr bütün xalqa qarşı qaniçən siyasət aparıb, ölkəni viran qoyacaqlar. Bu və bu kimi çoxsaylı bənzər, eləcə də bir-birini tez-tez əvəzləyən AXCP daxili olaylar kontekstində gedən çoxsaylı müzakirələr bitməmiş onlara daha biri də əlavə olundu. Daha dəqiq desək, Ə.Kərimlinin trol şəbəkəsi daxilində yaranmış böhran üzə çıxdı.

AXCP Ali Məclisinin üzvü Rəşid Turabov: “Əgər sizi görmürüksə, siz nə üçün varsınız?”

Belə ki, mətbuat AXCP Ali Məclisinin üzvü Rəşid Turabovun trolların idarə olunduğu qapalı “WhatsApp” qrupuna göndərdiyi səs yazısını ictimailəşdirdi və Əli Kərimlinin trol şəbəkəsinin içində yaşanan ziddiyyətlər artıq nəyin-necə olmasını bütün çılpaqlığı ilə ortaya qoymuş oldu. Qeyd edək ki, səs yazısında etiraf olunur ki, trolların çalışmaları zəifdir və heç bir nəticə vermir. SİTAT: “Bir çox cəbhədaşlarımız var ki, oturub bu qrupda. Əsəblərim artıq partlayır. Kim cəbhəçi ismini daşıya bilmirsə, desin ki daşıya bilmirəm. Sadəcə protokollarda cəbhəçi adını daşımaqla heç nə əldə edə bilməzsiniz. Zatən biz monitorinq aparırıq və kimin nə iş gördüyünü bilirik. Uşaq oyuncağı ilə oynamırıq burada. Mən, Ayaz Məhərrəmli, Süleyman, Mahir bəy qaçırıq ora-bura. Amma Vasif Müzəffərovu görmürük. Rahad bəyi ildə-ayda bir dəfə görürük. Digər dostlarımız var ki, onları görmürük. Əgər sizi görmürüksə, siz nə üçün varsınız?”

Beləliklə, təkcə bu ittihamlardan da nəticə çıxarmaq mümkündür ki, artıq uzun müddətdir ki, Ə.Kərimlinin “qızıldan dağ” vəd etdiyi cəbhənin aldadılmış kəvakibləri, yəni trolları artıq onun yalan danışdığını riyakar olduğunu qətiləşdiriblər. Bu səbəbdən də, trol fəaliyyətlərini ya ümumiyyətlə icra etmir, ya da trolluqlarında fasilələr verib, bu vasitə ilə AXCP sədrindən maliyyələşmələrinin artırılmasını gözləyirlər. Çünki bundan da əvvəl belə bir məlumat yayılmışdı ki, Ə.Kərimli trol şəbəkəsinə maliyyəsini azaldıb və ona görə də etirazlar baş qaldırıb. R.Turabovun səs yazısında daha bir maraqlı nüans nəzərə çarpır.

“İsgəndər bəy feministdir, gedir jurnalist qızlarla pivə vurur”

Digər tərəfdən, AXCP-çi funksioner orada deyir ki, bir çoxları bəhanələr gətirib, trolçuluq fəaliyyətindən birdəfəlik imtina etmək istəyirlər: “İsgəndər bəy deyir mən feministəm, çıxır gedir dənizə. Sən burada cəbhəçi ola bilirsənsə ol, ola bilmirsənsə get harada istəyirsən feminist ol. Əgər sizdən bir şey olmayacaqsa, gedim yeni üzvlərə vaxtımı sərf edim, bəlkə onlarla nəsə alındı. Bezdirmisiz artıq, mən niyə hər dəfə xəbərdarlıq yazmalıyam. Mən səni Əli bəyin səhifəsində görmürəm. Bəs nə işlə məşğulsuz. İsgəndər bəy feministdir, gedir jurnalist qızlarla pivə vurur. Çox gözəl, heç olmasa gəl Əli bəyin statusunun altında yaz. Vasif bəy, bəs sən hardasan? Heç olmasa gəl Əli bəyin statusunun altında yaz, qisasını al. Şüvəlan qrupundan Natiq, Tahir bəyi görmürük. Rəşad, Lütvi bəy sizi də görmürük. Biz sizin də yükünüzü daşımalıyıq?”.

Əli Kərimlinin vaxtı bitib, siyasi ölüm saatı isə çox yaxındadır

Beləliklə, artıq hər şey göz önündədir və fakt budur ki, Ə.Kərimlinin trol şəbəkəsi sözün əsl mənasında pərən-pərən olub. Bu ziddiyyətlər isə bir daha belə qənaətə gəlməyə əsas verir ki, bütövlükdə AXCP-də baş verən ardıcıl məlum olaylar bilavasitə Ə.Kərimlinin istefası, cəbhənin isə iflası reallığını sürətləndirir. Hətta onun baş verənlərin birinci plana çıxıb mitinq planını ikinci tərəfə keçməsi məsələsi ətrafında status paylaşması, mitinqin yenidən birinci plana çıxması vacibliyi ilə bağlı yazıdğı statusu da ona heç bir səmərə gətirmir. Çünki Ə.Kərimlinin vaxtı bitib, siyasi ölüm saatı isə çox yaxındadır.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə