Ermənistanda qaz tarifləri artacaq

Yanvar ayından etibarən Ermənistan sərhəddində qazın qiyməti 205 dollara qədər yüksələ bilər. SİA xəbər verir ki, bu barədə “Qraparak” qəzeti yazır.

Qəzetin yazdığına görə, yanvar ayından etibarən sərhəddə qazın qiyməti 205 dollara qalxa biləcəyi barədə məlumatlar var. Nəşrin yazdığına görə, "Mənim addımım" partiyasının deputatı Artak Manukyandan bu cür müzakirələr barədə məlumatı olub-olmadığını soruşduqda o bu vaxta qədər məsələnin effektiv həll yolunun olduğunu misal gətirərək müəyyən bir həll yolu olacağına inandırmağa çalışıb.

Metodologiya və Enerji haqqında qanuna görə, qazın tarifinə 5 aydan bir baxılır deyən Artak Manukyan, qeyd olunan rəqəmdən xəbəri olmadığını söyləyib və etiraf edib ki, sərhəddə qazın qiyməti dəyişərsə, bu avtomatik olaraq qaz tarifinə yenidən baxılmasına səbəb olacaq.

"Mənim addımım" partiyasının deputatı rəqəmdən xəbər olmadığını deməklə, konkret fikir söyləməkdən yayınmağa çalışsa da Ermənistanda qaz tarifinin artacağını etiraf edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...