Emin Həsənli: “Müxalifət partiya sədrləri arasında qarşıdurmalar olub və bundan sonrada olacaq” RƏY-ÖZƏL

“Hər zaman müxalifət partiya sədrləri arasında qarşıdurmalar olub və bundan sonrada olacaq”. Bunu SİA-ya açıqlamasında TOHGMİB-nin sədri Emin Həsənli deyib. Onun sözlərinə görə, çünki müxalifət düşərgəsini təmsil edən liderlərin şəxsi ambisiyalarının olması onların bir-bir ilə yola getməməsinə səbəb olur: “Bir sözlə, həmin liderlər özlərini biri-birindən üstün tuturlar. Bu da nəticə etibarı ilə onlar arasında intiriqaların yaranmasına səbəb olur. Ümumiyyətlə, bu gün müxalifətin özü də çox gözəl bilir ki, bundan sonra onlar nəsə nail ola bilməyəcəklər. Sadəcə olaraq, reallığı özündə əks etdirməyən xəyyaların qururlar. O cümlədən də müxalifətin xalq tərəfindən də heç bir dəstəyi yoxdur”.

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə