"Ermənilərin genetik yaddaşı indi onların əleyhinə çevrildi" ÖZƏL-MÜNASİBƏT

"Ermənilər möhkəm genetik tarixi yaddaşa malik xalqlar sırasındadır. Bunu onların uydurduğu miflərin diqqətli təhlili göstərir". Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Mərkəz sədrinin sözlərinə görə, Ermənistanın genetik yaddaşında daha çox faciəvi, neqativ anlar yaşaması çox böyük ehtimalla xalqın keçdiyi yolun genetik təsviridir: "Çünki ermənilər həmişə konfliktogenliyi ilə xarakterizə olunublar. Tarixə böyük iddiası olan yeganə xalqdır ki, dövləti olmayıb. Ermənistanın Xİ naziri Z.Mnasakanyan Vaşinqton görüşündən sona Dağlıq Qarabağda 3 gün müddətdə çoxsaylı görüşlər keçirtdi. Onun qondarma qurumun separatçı lideri B.Saakyanla 3 saatlıq görüş keçirməsi diqqət çəkir.

Z.Mnasakanyanın dediyinə görə onun səfərdə əsas məqsədi qondarma Dağlıq Qarabağ rəhbərliyində mülkiyyətçilik və yaxud özünəməxsusluq hissini möhkəmləndirməkdir. Dağlıq Qarabağ erməniləri özünü indiki vəziyyətdə rahat hiss etmirlər. Səbəbi Azərbaycandan təhlükə gözləmələri ilə bağlıdır. Ermənilərin genetik yanaşma yaddaşı prizmasından məsələyə yanaşsaq həqiqət üzə çıxır: Ermənilərin genetik yaddaşında Dağlıq Qarabağ onlara məxsus deyil. Müxtəlif yerlərdən onlar Dağlıq Qarabağa gəliblər, Dağlıq Qarabağa hissə-hissə gəldikcə saxtakarlıqla məşğul olublar. Alban tarixini özününküləşdiriblər. Bu regionda erməni-müsəlman və ya erməni-azərbaycanlı münaqişələrinin tarixi çar Rusiyasının Osmanlı və Persiya imperiyalarına qarşı mübarizəsi üst-üstə düşür. İrandan və Osmanlıdan köçüb gəlmələri və ermənilərin bu ərazilərdə olduğu dövrdə tarixi saxtalaşdırmaları ermənilərin genetik yaddaşındadır. Həmin genetik yaddaş ermənilərə diktə edir ki, siz bu torpaqda müvəqqətisiniz. Müəyyən qədər imkana malik olduqları üçün ermənilər beynəlxalq aləmdən onları Azərbaycan torpağında sahibə çevirən təminatlar almağa çalışırlar.

Məsələdə burasındadır ki, bir qrup ermənidə bu genetik qorxaqlıq artıq o qədər güclüdür ki beynəlxalq aləmdə heç bir millətə məxsus olmayan təminatlar və yaxud tələblər ortalığa qoyulur. Z.Mnasakanyanın Dağlıq Qarabağda olarkən verdiyi açıqlamanın mahiyyəti də budur. Başqa sözlə, Mnasakanyana Dağlıq Qarabağ ermənilərini normal psixoloji vəziyyətə gətirmək lazımdır ki, digər millətlərlə birlikdə yaşaya bilsinlər. Amma Mnasakanyanın psixoterapevt funksiyası uzun müddətli ola bilməz. Genetik yaddaşla bağlı Dağlıq Qarabağ ermənilərinə aid etdiklərimizin hamısını Ermənistan ermənilərinin də böyük bir qrupuna aid etmək olar.

Tənzimlənmə prosesi barədə ATƏT MQ həmsədrləri dolğun məlumat yaymaqla, müəyyən detalları açıqlamaqla Dağlıq Qarabağ ermənilərinin psixoloji vəziyyətini normallaşdırmaq -onlarda qorxu hissini azaltmaq, özünü yeni dünyada tanıma hissini yaratmaq olar. Dağlıq Qarabağ erməniləri başa düşərlər ki, onlara nə veriləcəksə Dağlıq Qarabağ erməniləri onun sahibi olacaqlar. Əllərində özgəyə məxsus olanları onlardan alacaqlar. Eynilə bu fikirlər Ermənistan ermənilərinə də aiddir.

Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməmiş qalması öz işini görür, “məxməri inqilab” da bunu dəyişdir bilmədi".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...