Ermənistan parlamentinin spikeri İrana qarşı tətbiq edilən sanksiyalara görə Vaşinqtonu Ermənistana təzyiq göstərməməyə çağırır. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, Ermənistan parlamentinin spikeri Ararat Mirzoyan Amerika Birləşmiş Ştatlarının Atlantik Şurasında çıxış edərkən deyib və Ermənistanın Birləşmiş Ştatlarla əlaqələrə maraqlı olduğu barədə bəyanatını “Amerikanın səsi” də dərc edib.

Ermənistan parlamentinin spikeri reallaşdırılmış inqlabı bəhanə gətirərək ABŞ tərəfindən yardımların həcminin artırılacağı arzusunda olduğunu da gizlətməyib. Mirzoyan həmçinin bildirib ki, ABŞ ilə İran arasında münasibətlərdə gərginlik Ermənistan iqtisadiyyatına mənfi təsir göstərir.

“ABŞ-ın İrana qarşı sanksiyalar tətbiq etməsi fonunda Ermənistana təzyiq göstərməsini istəmirik. İstəmirik ki, Ermənistan bu sansiyalara görə itgilərə məruz qalsın”, deyə o bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə