Sevanı ermənilər itirmək qorxusu keçirir

İqlim dəyişikliyi Sevan gölü üçün təhlükə hesab olunur. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş nazirinin müavini Tiqran Avinyan Nyu-Yorkda keçirilən konfransda bildirib.

Avinyanın sözlərinə görə, iqlim dəyişikliyi Ermənistanın mənzərəsinə radikal təsir göstərir. “İqlim dəyişikliyindən ən çöx təsirə məruz qalanı Sevan gölüdür. Yüksələn temperatur Sevan gölünün itirilməsi təhlükəsi kimi bir problem yaradıb”, deyə Avinyan qeyd edib.

Baş nazirin müavini qeyd edib ki, hazırda Ermənistan rəhbərliyi bu problemin həlli yollarını tapmağa çalışır.
"İlk növbədə gölün suyunun səviyyəsini təxminən 6 metr artırmaq üçün çalışılır, yəni göldə daha çox suyun olmasına ehtiyac var", - deyə o qeyd edib. Avinyan etiraf edib ki, Ermənistanda uzun müddətdir iqlim dəyişikliyi barədə düşünülməyib də. Hansı ki, indi bu dəyişikliyin yaratdığı problem ölkəni qorxuya salıb. Hələ indi başa düşülür ki, bu çox ciddi sual, çox ciddi problemdir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...