"Aİ ilə Azərbaycan arasında münasibətlər intensivləşir" ÖZƏL-MÜNASİBƏT

"Avropa İttifaqı Şurasının Prezidenti Donald Tuskun Azərbaycana səfəri ikitərəfli münasibətlərin inişafından xəbər verir". Bunu SİA-ya açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.

Onun sözlərinə görə, Avropa üçün Azərbaycanla mümkün qədər yaxşı əlaqələrə sahib olmağın nə dərəcədə mühüm olduğunu vurğuluyan Donald Tusk bu səfərin böyük əhəmiyyəti olduğunu bildirib: "Avropa İttifaqı ilə Azərbaycanın münasibətlərin inkişafı möhtərəm Prezidentimizin uğurlu siyasəti və səyi nəticəsində baş verib. Həmişə olduğu kimi bu gün də Avropa İttifaqı Azərbaycanın suverenliyini, mütəqilliyini və ərazi bütövlüyünü təsdiqləməklə münaqişənin danışıqlar, sülh yolu ilə həll olunmasının tərəfdarı olduğunu qeyd edir. “Cənub Qaz Dəhlizi" layihəsi uğurla başa çatmaq üzrədir. Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycandan keçidiyindən Azərbaycan tranzit ölkəyə çevrilib. Avropanın enerji təhlükəsizliyi sahəsində Azərbaycanın böyük xidmətləri nəticəsində bir sıra beynəlxalq ererji layihələri həyata keçirilir. Beləliklə Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər intensivləşir, əməkdaşlıq daha da dərinləşir. Bütün bunların nəticəsində Avropa İttifaqı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunmasına böyük təsir göstərəcək".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...