Elektrik enerjisi problemi Ermənistani silkələyib

Ermənistanın Milli Təhlükəsizlik Xidmətinə İrəvanda elektrik enerjisinin kəsilməsi səbəblərini öyrənmək üçün elektrik enerjisindən istifadə və elektrik enerjisinin kəsilməsi ilə əlaqədar material hazırlamaq tapşırılıb. SİA Ermənistana məxsus tert.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vansyan hökumətin iclasında bəyan edib.

“Baxmayaraq ki, ilkin məlumatlar var, hesab edirəm ki, hərtərəfli araşdırma aparmaq tələb olunur. Bu məsələ ilə əlaqədar istintaq aparılmalı, hərəkətsizliyin olub-olmadığı, təqsirləndirilənlər barədə məsələlər araşdırılmalıdır. Nəticələr barədə məlumat verəcəyəm“, deyə Artur Vanetsyan bildirib.
Görünür, elektrik enerjisi istehsalı və təchizatının çökməsi Ermənistani əməlli başlı silkələyib. Bunun ənənə halını alacağından, ən azından vaxtaşırı təkrarlanacağından Ermənistanın ehtiyatlandığı göz qabağındadır. Çünki, ermənilərin özləri də yaxşı bilirlər ki, Ermənistan vətəndaşlarının hər an işıq, qaz və digər məsələlərdən məhrum ola bilmələri günün reallığıdır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə